Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiya hökuməti baş katibi Yesixide Suqinin bəyanatını «qəbuledilməz» adlandırıb.
Lent.az-ın «
«Cənubi Kuril adaları BMT-nin Nizamnaməsi ilə təsbit edilmiş, ikinci dünya savaşının nəticələrinə görə hüquq əsaslarla bizim olub. Rusiyanın ərazi bütövlüyünü şübhə altına alan istənilən bəyanat qəbuledilməzdir» - deyə, nazirliyin mətbuat və informasiya məsələləri üzrə direktor müavini Mariya Zaxarova bildirib.
Xatırladaq ki, baş katibi Cənubi Kurilin dörd adasının qaytarılması ilə bağlı hökumət başçısı Sindzo Abenin əvvəlki kursa sadiq qalacağını söyləmişdi.
Yaponiya Kurildəki 4 adaya - İturup, Kunaşir, Şikotan və Xabomaiyə iddia edir.