Rus əsgəri öldürən erməni həbs olundu
25 aprel 2017 21:38 (UTC +04:00)

Rus əsgəri öldürən erməni həbs olundu

İrəvan məhkəməsi Gümrüdə rusiyalı hərbçini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyanı həbs edib. APA-nın xəbərinə görə, bu barədə “TASS”a Ermənistan İstintaq Komitəsindən bildirilib.   

 

“Şübhəli şəxsə “qətl” maddəsi üzrə ittiham irəli sürülüb. İstintaqın vəsatəti əsasında birinci instansiya məhkəməsi onun barəsində həbs  qətimkan tədbiri seçib”, - deyə qurumdan bildirilib.

 

Qeyd edək ki, C.Ancuqazyan bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız  hesab edilib.  

 

Martın əvvəlində ekspertiza onda müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar