1996-cı ildə Rumıniyada istitsmara verilən «Çeranvode» Atom Elektrik Stansiyasında (AES)problem olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, stansiyanın elektrik generatorunun soyutma sistemində pozuntu yaranıb. Ona görə də AES-in iki reaktorundan biri söndürülüb.
Mənbənin xatırlamasına əsasən, bu stansiya ölkədə yeganədir və Rumıniyanın elektrik enerjisinə olan tələbatının 20 faizini istehsal edir.