Rəqqanın bir hissəsi İŞİD-dən azad edildi
03 avqust 2017 20:32 (UTC +04:00)

Rəqqanın bir hissəsi İŞİD-dən azad edildi

Koalisiya Rəqqa şəhərinin bir hissəsinin İŞİD-dən azad etdiyini bəyan edib

 

Suriyanın Rəqqa şəhərinin bir hissəsi İŞİD terrorçularından azad edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  İŞİD-lə mübarizə üzrə koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon bildirib.  

 

“Rəqqanın azad edilməsi uğrunda əməliyyat artıq iki aydır davam edir. Şəhər ərazisinin 45 faizi “Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir.”, - detə R.Dillon bildirib.   

 

Qeyd edək ki,  “Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiyasının əsas hissəsini ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG/PYD kürd terror qruplaşmalarının silahlıları təşkil edir.

 

R.Dillon həmçinin  YPG/PYD kürd terror qruplaşmalarına tankların tədarük edilməsinə dair yayılan xəbərləri təkzib edib: “Bu xəbərlər yanlışdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Oxşar yazılar