Braziliyada polis rəisi «Twitter» sosial şəbəkəsindəki mikrobloqunda tabeliyində olan qadın polislər haqqında aşağılayıcı ifadələr yazdığı üçün tutduğu vəzifədən azad edilib.
Lent.az-ın məlumatına əsasən, rəis Pedro Paulu Pino yazıb ki, Rio-de-Janeyroda rəhbərliyi altında işləyən 14 polis qadından yalnız biri yetərincə istedadlı, cəsur və polis işləmək üçün israrlıdır.
Pino baş verənlərdən sonra təhqir etdiklərindən üzr istəyərək, yazdıqlarının şəbəkədə düzgün yozulmadığını da bildirib. Məlumata əsasən, hazırda onun yerinə qadın təyin olunub.