İraqın Ramadi şəhəri yaxınlığında törədilən partlayış nəticəsində azı 11 nəfər ölüb.
APA-nın “Al Jazeera” telekanalına istinadən verdiyi xəbərə görə, şəhərin yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb. İlkin məlumata görə, partlayış nəticəsində 11 nəfər ölüb, onlarla adam yaralanıb.
İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.