Qroznıda atışmada polislər də həlak olubmuş
19 may 2018 21:49 (UTC +04:00)

Qroznıda atışmada polislər də həlak olubmuş

Qroznıda kilsəyə hücum etmiş silahlılarla atışma zamanı 2 polis əməkdaşları həlak olub. APA-nın  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib. Onun sözlərinə görə, həlak olan asayiş keşikçiləri DİN-in Saratov vilayəti üzrə Baş İdarəsinin əməkdaşları olub.

 

Qeyd edək ki, bundan əvvəl Qroznıda kilsəyə hücum edərək  ibadət edən insanları girov götürmək istəyən silahlılara qarşı əməliyyat keçirilib.  Həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada bir polisin aldığı güllə yarasından öldüyü, birinin isə yaralandığı bildirilmişdi.

 

 R. Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: "Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar