Çeçenistanın paytaxtı Qroznıda 3 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, polislər şübhəli avtomobili saxlamağa cəhd edib.
Avtomobildə olan şəxslər isə atəş açaraq polisə silahlı müqavimət göstəriblər. Yerli hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 3-4 qanunsuz silahlı birləşmə üzvü Qroznının Mətbuat evində gizlənib. Hazırda silahlıların məhvi istiqamətində xüsusi əməliyyatın keçirildiyi bildirilir.