Qızıl mağazalarından 500 kiloqram qızıl müsadirə olundu
04 iyun 2017 20:12 (UTC +04:00)

Qızıl mağazalarından 500 kiloqram qızıl müsadirə olundu

0

Banqladeş hökuməti "Apan Jewellers" mağazalar şəbəkəsindən sənədlərdə problem olduğu üçün 500 kiloqram qızıl və yarım kiloqram brilliant götürüb. Musavat.com xəbər verir ki, bu barədə məlumat "France Press" agentliyində yer alıb.

 

Gömrük xidmətinin nümayəndəsi Moinul Xan məsələ ilə bağlı bunları deyib: "Biz mağazaların sahiblərindən qızıla görə sənəd tələb etdikdə, onlar bizə heç bir sənəd göstərə bilmədilər".

 

Məlumata görə, müsadirə edilən qızıl mərkəzi banka veriləcək və sonradan satış üçün auksiona çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar