Qəzza zolağında partlayış oldu
13 dekabr 2014 01:32 (UTC +04:00)

Qəzza zolağında partlayış oldu

0

Qəzza zolağında, Fransa mədəniyyət mərkəzinin binası yaxınlığında güclü partlayış baş verib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər əldəqayırma partlayıcı qurğunu mərkəzin arxa hissəsində işə salıblar.

 

Partlayışdan dərhal sonra yanğın başlayıb. “France Press” agentliyinin məlumatına görə, xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

 

Oktyabrın 7-də Fransanın mədəniyyət missiyasının önündə oxşar hadisə baş vermişdi. Qeyd edək ki, Fransa nümayəndəliyi hazırda Fələstində fəaliyyət göstərmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar