Qətər hakimiyyəti Misirə maliyyə yardımını 5 milyard dollaradək artırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Misir hakimiyyəti eyni zamanda Beynəlxalq Valyuta Fondu ilə 4. 8 milyard dollar ssudanın verilməsi ilə bağlı danışıqları bərpa edib.
Qətərin bu yardımı Misir funtu dollara nisbətdə xeyli ucuzlaşdıqdan sonra elan olunub.
Bir müddət öncə ölkə prezidenti Məhəmməd Mursi ölkə iqtisadiyyatını dirçəldib, gücləndirmək siyasətinin üstünlük verəcəyi sahə olduğunu bildirmişdi.
Hüsnün Mübarəkin istefasından sonra Misir iqtisadiyyatı günü-gündən ağırlaşıb.