Qazaxıstanın qərbində Atırau-Həştərxan magistral yolunda iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər isə ağır xəsarətlər alıb.
APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, "Hyundai Accent" и "ВАЗ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "Jiquli"-nin 60 yaşlı sürücüsü və 4 sərnişini - 1977 və 1961-ci il təvəllüdlü 2 qadın, 1989 və 1958-ci il təvəllüdlü 2 kişi hadisə yerində ölüb.
"Accent Accent"-in sürücüsü və aralarında uşaqların da olduğu sərnişinləri xəstəxanaya çatdırılıblar.
Araşdırma aparılır.