Qazaxıstanda baş verən təyyarə qəzası nəticəsində 20 nəfər həlak olub.
APA-nın “Kazinform”a istinadən xəbərinə görə, hadisə Almatı vilayətinin İliysk rayonunun Kızıltu qəsəbəsində qeydə alınıb.
“Skat” aviaşirkətinin rəsmisi Janar Tajek bildirib ki, Kokşetau-Almatı reysini yerinə yetirən təyyarədə 15 sərnişin və 5 ekipaj üzvü olub. Onların hamısı həlak olub. Hadisənin səbəbləri araşdırılır.