Hindistanda qar uçqunu nəticəsində 11 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qar uçqunu Cammu və Kəşmir ştatında baş verib.
Qeyd olunur ki, insident ötən axşam baş verib, ölənlər arasında uşaqların da olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatına polis, ordu və yerli sakinlər cəlb edilib.
Məlumata görə, 2 nəfəri xilas etmək mümkün olub.