Putinə sual “Kadırovun yolu”nu  bağladı
24 dekabr 2012 12:59 (UTC +04:00)

Putinə sual “Kadırovun yolu”nu bağladı

0

Çeçenistanında İtum-Kalinsk rayon icra hakimiyyətinin təsisçisi olduğu “Kadırovun yolu” qəzeti bağlanıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar qəzetin müxbiri Belkiz Dudayevanın Rusiya prezidenti Vladimir Putinə mətbuat konfransı zamanı sual verməsindən sonra qəbul edilib.

Çeçenistan rəhbəri Ramazan Kadırov isə məsələyə münasibət bildirərkən deyib ki, ailə üzvlərinin razılığını almadan bir qəzetin atası Əhməd Kadırovun adını götürməsi qeyri-etik və qeyri-korrektdir. O, buna görə də qəzetin bağlanması barədə qərarı düzgün sayıb. Ancaq indiyə qədər Çeçenistan rəhbərinin razılığı olmadan “Kadırovun yolu” qəzetinin işıq üzü görməsi də inandırıcı sayılmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1614

Oxşar yazılar