Putinə hörmət dirijoru bəstəkarla üz-üzə qoyub
22 yanvar 2013 07:30 (UTC +04:00)

Putinə hörmət dirijoru bəstəkarla üz-üzə qoyub

Rusiyanın tanınmış müğənnisi və bəstəkarı Sergey Niktin dirijor Yuri Başmetovun yubileyində iştirakdan imtina edib.

 

Lent.az-ın «BBC»y-ə istinadən məlumatına görə, buna səbəb kimi yubileyarın «antimaqnitsk» qanununu (kimsəsiz uşaqların ABŞ vətəndaşlarına övladlığa verilməsinin yasaqlayan qanun) dəstəkləməsi və Rusiya prezident Vladimir Putinə «dərin hörmət» bəsləməsini göstərib.

«Yubileyarla aramızda olan ciddi fikir ayrılığına, «Dima Yakovlev» qanununu dəstələdiyinə və prezident Putinə münasibətinə görə onun məclisində iştirakımı mümkünsüz sayıram» - deyə, S.Nikintin bildirib.

 

Musiqisi məşhur «Moskva göz yaşlarına inanmır» filmində ifa olunan Niktinin dediklərinə yanvarın 24-də 60 yaşı olacaq Başmetov da münasibət bildirib.

 

«Mən Amerikanı özümə baş rəis saymıram. Elə buna görə də Putinə dərin hörmətim var. O, bunları deyə bilir: «Biz Amerika deyilik, biz Rusiyayıq və bizə amerikalı rəislər lazım deyil» - deyə, o, «antimaqnitsk» qanununu şərh edərkən söyləyib.

 

«Maqnitsk qanununu» ABŞ qəbul edib. Həmin qanuna əsasən, Rusiyada insan haqlarını pozan dövlət məmurlarının ABŞ səfər etməsi yasaqlanıb. Bu qanuna qarşı Duma «Dima Yakovlev»i , «antimaqnitsk» qəbul etdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766
avatar

Oxşar yazılar