Avqustun 23-də Soçidə İsrailin baş naziri Binyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.