Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Krıma səfər edib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin yarımadaya ikigünlük səfərinə Sevastopol şəhərindən başlayıb.
Sevastopola səfər çərçivəsində Rusiya prezidenti bu gün Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.
Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.
Qeyd olunur ki, avqustun 14-də Putin Yaltaya da səfər edəcək, orada “Mriya” kurort kompleksin tikintisi ilə tanış olacaq.
Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.