Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı Türkiyənin milli bayramı - Cümhuriyyət Günü münasibəti ilə təbrik edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumata görə, prezidentlər inkişafda olan ikitərəfli əməkdaşlığım müxtəlif aspektlərini, o cümlədən, iri müştərək enerji layihələrin icrasını, habelə Suriyada təhlükəsizlik zonaların yaradılmasının təmin edilməsini, terrorla mübarizənin və siyasi nizamlanma prosesinin intensivləşdirilməsini müzakirə ediblər.
Liderlər şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.