ABŞ prezidenti Barak Obamanı sosial şəbəkələrdə ölümlə təhdid edən şəxs həbs edilib.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, 55 yaşlı Brayan Batçer ABŞ prezidentini sosial şəbəkədə ölüm təhdid etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluğun yaydığı məlumatına görə, Brian Dutcher təhlükəsizlik xidmətinin əməkdaşına Obamanı öldürmək istədiyini deyib. Bu söhbətdən bir gün sonra facebook hesabından “ Çərşəmbə günü La Crossedə olacam. Ümid edirəm onu təmiz bir şəkildə öldürərəm” deyə yazıb.
Hüquq-mühafizə orqanları tərəfindən 55 yaşlı kişi saxlanılıb.