Poroşenko atəşkəsi 72 saat uzadıb - <span style="color:red;">YENİLƏNİB
28 iyun 2014 03:43 (UTC +04:00)

Poroşenko atəşkəsi 72 saat uzadıb - YENİLƏNİB

0
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində atəşkəsin 72 saat uzadılması barədə qərar qəbul edib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukrayna prezidentinin mətbuat xidməti bu haqda açıqlama yayıb.

“Dövlət başçısı milli təhlükəsizlik və müdafiə Şurasının qərarını rəhbər tutaraq atəşkəs rejimini 30 iyun, saat 22:00-dək uzadıb”, sənəddə bildirilir.  

 

Xatırladaq ki, Ukrayna prezidenti P. Poroşenko iyunun 20-dən 27-dək ölkənin cənub-şərqində antiterror əməliyyatlarını dayandırmışdı. Tərəflərin qarşılıqlı razılığına əsasən, atəşkəs rejimi iyunun 27-dək davam etməli idi.   

***

21.10

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, iyunun 27-də axşam Brüsseldən Kiyevə qayıdandan sonra atəşkəsin davam etməsi məsələsinə baxacaq.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Poroşenko Avropa Birliyi liderlərinə bildirib ki, atəşkəsi 72 saat uzada bilər.

 

Birlik Poroşenkonun sülh planının reallaşmasına yardım etməsi üçün Rusiyaya daha  72 saat vaxt verib.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, atəşkəsin 72 saat uzadılması yaxşıdır: “Ancaq bu, Ukraynanın şərqindəki yaraqlılara verilən ultimatumun vaxtının uzadılması anlamına gəlməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 886

Oxşar yazılar