“Kurtlar Vadisi Pusu” serialında Polad Alemdar obrazını canlandıran aktyor Necati Şaşmaz vətəndaşlığını itirə bilər. Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, aktyor Şimali Kipr Türk Cümhuriyyətinin yeni hökumətinin ilk toplantısında mədəniyyət attaşesi vəzifəsini itirdikdən sonra ikinci zərbə ilə qarşılaşıb. Belə ki, indi o Kipr vətəndaşı statusunu da itirməklə qarşı qarşıyadır. Buna səbəb isə onun vətəndaşı olduğu ölkədə verdiyi yanlış ünvan olub. Belə ki, yüksək seçki qurumu Şaşmazın verdiyi qeydiyyat ünvanına gediblər. Lakin adıçəkilən ünvanın keçmiş turizm və ətraf mühit naziri Ünal Üstəlin ofisi olduğu bəlli olub.
Bundan sonra ilk iş olaraq N.Şaşmazın iyulun 28-də keçiriləcək səsvermədə iştirak hüququ əlindən alınıb.
Xatırladaq ki, aktyorun Şimali Kipr Türk Respublikasında (KKTC) tikdirdiyi otelin inşası da dayandırılıb. Buna səbəb otel üçün təsis edilən yerin qoruq ərazisi olmasıdır.

Polad Ələmdarı vətəndaşlıqdan məhrum edirlər
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31