PKK-ya ağır zərbə: 13 terrorçu öldürüldü
25 dekabr 2012 16:41 (UTC +04:00)

PKK-ya ağır zərbə: 13 terrorçu öldürüldü

0

Türkiyədə PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, xüsusi təyinatlı bölmələrin bir aydır ki, Amanos dağlarında apardığı əməliyyat zamanı 13 terrorçu öldürülüb, 6 terrorçu yaxalanıb.

 

Terrorçulardan 4 ədəd “Kalaşnikov” və 16 ədəd “M-16” avtomatı, 5 ədəd  “RPG-7” qumbaraatanı, 12 əl bombası, çoxlu sayda partlayıcı, sursat, müşahidə aparatları aşkarlanıb.

 

Şırnakda isə pilotsuz təyyarələr vasitəsi ilə əldə edilən məlumatlar nəticəsində 34 sığınacağın yeri müəyyənləşdirilib. Sığınacaqlarda 60 kiloqram partlayıcı maddə, 8 çuval tibi ləvazimat, narkotik həblər, tonlarla ərzaq və geyim aşkarlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 851

Oxşar yazılar