Pentaqon Rusiyanı böyük təhlükə adlandırdı
23 iyul 2017 07:06 (UTC +04:00)

Pentaqon Rusiyanı böyük təhlükə adlandırdı

0

 

 

Rusiya böyük hərbi potensiala malik olaraq, Vaşinqton üçün çox ciddi təhlükə yaradır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

 

“Bizim vəzifəmiz nüvə ölkəsi olan Rusiya ilə münasibətlərin gərginləşməsinə yol verməməkdir, lakin bu kontekstdə unutmamalıyıq ki, bu ölkə çox ciddi bir təhlükədir”, - deyə o qeyd edib.

 

Bununla belə Danford Şimali Koreyanı təcili tədbirlərin görülməsini tələb edən təhlükə adlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar