Pentaqon qadın-hərbçilərin döyüşməsinə icazə verir
24 yanvar 2013 06:55 (UTC +04:00)

Pentaqon qadın-hərbçilərin döyüşməsinə icazə verir

 

ABŞ-ın müdafiə naziri Leon Panetta qadınların döyüş bölgəsində iştirakına dair  qadağanının ləğvi ilə bağlı qərar qəbul edib.

 

Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, bu haqda qərarın yanvarın 24-də elan ediləcəyi gözlənilir. Həmin yasaq ləğv edildikdən sonra hərbçi qadınlar döyüş bölgəsində iştirak etməklə yanaşı, ABŞ ordusunda yüksək vəzifələrə iddia etmək imkanı qazanacaqlar.

 

ABŞ silahlı qüvvələr rəhbərliyi 2016-cı ilin yanvarınadək bu və ya başqa səbəb üzündən vəzifə tuta bilməyəcək qadınların siyahısını tərtib edəcəyi də istisna olunmur.

 

Qeyd edək ki, 1994-cü ildən qadınların qurudakı döyüş bölgələrində fəaliyyət göstərən hərbi birləşmələrin şəxsi heyətinə daxil olması qadağandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar