Bu gecə Fransanın paytaxtı Parisdə yerləşən Kürd İnstitutunda başlarına güllə ilə vurularaq öldürülmüş 3 qadın cəsədi tapılıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, cəsədlərin Sakine Cansız, Fidan Doğan və Leyla Söylemez adlı qadınlara məxsus olduğu üzə çıxıb.
Qadınların dünən axşam saatlarında güllələndiyi müəyyənləşib. Fransa polisi öldürülən kürd əsilli 3 qadının PKK terror təşkilatı ilə bağlı olduğu və terror təşkilatının daxilindəki münaqişənin qurbanı ola biləcəyi ehtimalını araşdırır.