Pakistanda 14 fevral - “Sevgililər günü”nün qeyd edilməsinə qadağa qoyulub. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bununla bağlı İslamabad Məhkəməsi qərar çıxardıb.
Məlumatda qeyd edilib ki, qərara görə, hətta “Sevgilər günü” ilə bağlı hədiyyələrin də satışına qadağa qoyulub.
Qərara əsasən, ictimai yerlərdə bu günü qeyd etmək qadağandır.