2013-cü il yanvarın birindən Özbəkistan Tacikistana təbii qaz tədarükünü dayandıra bilər.
Lent.az-ın Tacikistan «Xovar» agentliyinə istinadən məlumatına görə, ölkənin baş naziri Aqil Aqilov artıq məsələ ilə bağlı Özbəkistana qərarının izah edilməsi ilə bağlı məktub göndərib.
Özbəkistan Tacikistana illik müqavilə əsasında «mavi yanacaq» göndərir. Bu il həmin müqavilə yenilənməyib. Onu da qeyd etmək lazımdır ki, Özbəkistan Tacikistana təbii qaz tədarük edən yeganə dövlətdir.