Orxan Zeynalovla bağlı Putinə müraciət edilib
07 iyul 2014 15:50 (UTC +04:00)

Orxan Zeynalovla bağlı Putinə müraciət edilib

0

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.

 

E.Behbudovun APA-ya verdiyi məlumata görə, müraciət Rusiyada həbsdə olan Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlıdır: “Müraciətimdə qeyd etmişəm ki, Orxan Zeynalovun işi nəzarətə götürülsün və ona qarşı ayrı-seçkilik etməsin. Müraciətdə Azərbaycanla Rusiyanın yaxın qonşu olmasını və əlaqələrimizin yaxşı olduğunu vurğulamışam”.

 

Qeyd edək ki, O.Zeynalov Rusiyada qətldə təqsirləndirilir. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi gedir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1588

Oxşar yazılar