Orta Asiyada ən çox məscidin olduğu ölkə Tacikistandadır. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Tacikistandakı məscidlərin sayı 3 mindən çoxdur. Orta Asiyada Tacikistandan sonra ən çox məscidin olduğu ikinci ölkə Qazaxıstandır. Qazaxıstanda 2228, Qırğızıstanda 2200 və Özbəkistanda isə 2050 məscid var.
Qeyd edək ki, 7 milyondan çox insanın yaşadığı Tacikistanda əhalinin böyük əksəriyyəti sünni təriqətinə məxsus müsəlmandır.