Oğlunu soyunduraraq küçənin ortasında döyən ata saxlanıldı
15 dekabr 2016 05:05 (UTC +04:00)

Oğlunu soyunduraraq küçənin ortasında döyən ata saxlanıldı

0

Türkiyədə ata oğlunu küçənin ortasında döydüyü üçün saxlanılıb.

 

Musavat.com-un məlumatına görə, olay Türkiyənin Muğla əyalətinin Milas rayonunda baş verib. 13 yaşlı oğlunu soyundurub kəmərlə döyən ata hadisə şahidlərinin jandarmaya xəbər verməsindən sonra tutulub.

 

39 yaşlı Özay Ç. ifadəsində oğlunu məktəbə getmədiyi və siqaret çəkdiyi üçün döydüyünü deyib: “Məktəbə getmədiyini eşitdim və onu axtarmağa başladım. Oğlumun məktəbin yanında siqaret çəkdiyini görəndə əsəblərimi cilovlaya bilmədim”.

 

Özay Ç. ifadə verdikdən sonra sərbəst buraxılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar