Öcalan “Kürdlərin Manifesti”  üçün Konstitusiya Məhkəməsinə müraciət etdi
29 yanvar 2013 11:46 (UTC +04:00)

Öcalan “Kürdlərin Manifesti” üçün Konstitusiya Məhkəməsinə müraciət etdi

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Abdulla Öcalan “Kürdlərin Manifesti” adlı əlyazmasını kitab şəklində çap etdirməyə icazə ala bilmədiyi üçün zərərçəkmiş olduğunu bildirib. PKK lideri Konstitusiya Məhkəməsinin ona kitab çapında yardımçı olmasını istəyib. Türkiyə vətəndaşı olduğu üçün şəxsi müraciət etmək haqqı olduğunu əsas götürən Abdulla Öcalanın müraciətinə Konstitusiya Məhkəməsi də mənfi yanaşmayıb. Müraciət ilkin araşdırmaya cəlb olunub. Abdulla Öcalanla aparılan araşdırmada müraciətdə bəzi çatışmazlıqların olduğu bildirilib və həmin  çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Müraciətdəki çatışmazlıqlar aradan qaldırdıqdan sonra Konstitusiya Məhkəməsi Abdulla Öcalanın müraciətinə rəsmən baxmaq üçün gündəliyinə salacaq. Əgər Abdulla Öcalan haqlı sayılarsa, əlyazması kitab şəklində dərc edildikdən sonra bu xəbər şəxsən Abdulla Öcalan tərəfindən cəmiyyətə açıqlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar