Obamanın qardaşı siyasətə atılır
17 yanvar 2013 15:39 (UTC +04:00)

Obamanın qardaşı siyasətə atılır

ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama siyasətə atılır.

 

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 54 yaşlı Malik Obama Keniyanın qərbindəki Siaya əyalətinin valiliyi üçün müstəqil namizəd olacaq.

 

İqtisadçı Malik Obama qardaşı Barak Obamanın ABŞ-dakı uğurunu gördükdən sonra xalqı üçün belə bir lider kimi çalışmağa qərar verdiyini söyləyib. Həyatının böyük qismini ABŞ-da yaşamış Malik Obama Siaya əyalətinin yaxşı idarə edilmədiyi üçün bərbad infrastruktur və yoxsulluqla üz-üzə qaldığını, vali seçilərsə, bu problemləri həll edəcəyini bildirib.

 

Qeyd edə ki, Barak Obama Siaya əyalətində Kogela kəndində anadan olduğu üçün bu kənd dünyada məşhurdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833
avatar

Oxşar yazılar