Obama Vyetnamda savaşan əsgəri müdafiə naziri postuna gətirir
08 yanvar 2013 11:36 (UTC +04:00)

Obama Vyetnamda savaşan əsgəri müdafiə naziri postuna gətirir

ABŞ prezidenti Barak Obamanın yeni kabineti müəyyənləşib.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Barak Obama rəsmən müdafiə naziri postuna sabiq respublikaçı senator Çuk Hakelin, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna terrorizmlə mübarizə və daxili təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Brennanın namizədliyini irəli sürüb.

Barak Obamanın keçirdiyi mətbuat konfransında bu iki şəxslə bərabər, hazırkı müdafiə naziri Leon Panetta və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini icra edən Mihael Morell də iştirak ediblər. Barak Obama Çuk Hakelin ABŞ ordusunun ehtiyac duyduğu lider, Con Brennanı ölkənin ən bacarıqlı kəşfiyyat rəhbərlərindən biri kimi təqdim edib.

 

Atatürkə heyranlığını heç vaxt gizlətməyən və ABŞ-Türkiyə münasibətlərinin inkişafını zəruri sayan Çuk Hakel ABŞ-da könüllü olaraq əsgərliyə gedən və Vyetnamda savaşmış ilk müdafiə naziri kimi tarixə düşəcək. O, hələ senator kimi İsrail və yəhudi lobbisinin ABŞ-da əsas söz sahibi kimi çıxış etməsinə qarşı çıxıb, Konqresdə İsrail lehinə qərarlara imza atmayan 4 senatordan biri olub. Çuk Hakel ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etməsinin də əleyhdarıdır. O, siyasi fəaliyyəti dövründə prinsipiallığı ilə tanınıb, hətta üzvü olduğu Respublikaçılar Partiyasının yanlış saydığı siyasi addımlarına da etirazını bildirməkdən çəkinməyib. Bu baxımdan yəhudi lobbisinin Çuk Hakelin namizədliyinin Konqresdə təsdiqlənməsinə mane olmağa çalışacağı da proqnozlaşdırılır.

 

Çuk Hakel homoseksuallara baxışı ilə də fərqlənir. O, 1998-ci ildə o dönəmin prezidenti Bill Klintonun Lüksemburqa homoseksual səfir göndərməsinə qarşı çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar