<b>Obamaların kitabına rekord</b> <span style="color:red;">TƏKLİF - 60 MİLYON
01 mart 2017 18:48 (UTC +04:00)

Obamaların kitabına rekord TƏKLİF - 60 MİLYON

 

Uzun müddətdir, hər kəs ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə xanımı Mişel Obamanın ayrılıqda xatirələrini yazdıqları kitabların nəşri üçün keçirilən hərracda kimin qalib olacağını gözlənilirdi.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hərracda rekord təkliflə "Penguin Random House" şirkəti qalib gəlib. Şirkət cütlüyün kitablarının nəşriyyatını öz öhdəsinə götürdüyünü açıqlayıb.

 

Obamaların daha əvvəl nəşr edilən iki kitabının da yayımçısı olan "Penguin Random House"un rəhbəri Markus Dohle onlarla işbirliyini davam etdirdikləri üçün çox həyəcanlı olduqlarını deyib.

 

İngilis “Financial Times” qəzeti Barak Obama ilə xanımı Mişel Obamanın xatirə kitablarının nəşri üçün rekord məbləğ təklif edildiyini yazmışdı.

 

Belə ki, hərracda 60 milyon dollarlıq təklif gəlmişdi.

 

Obama məşhur ədəbiyyat meneceri Robert Barnettlə işləyir.  R.Barnett İngiltərənin keçmiş dövlət başçısı Toni Blair üçün  "Penguin Random House" şirkəti ilə 4,5 milyon strelin məbləğində bir müqavilə imzalamışdı.

 

"Penguin Random House" şirkətinin filialı olan "Knopf" Bil Klintonun 2004-cü ildə nəşr edilən kitabı üçün 15 milyon dollar ödəmişdi. Bu şirkətin daha bir qolu "Crown" isə Corc W Buşun kitabı üçün 10 milyon dollar verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar