Obama: ABŞ münaqişələrə müdaxilə etməyəcək
07 fevral 2015 04:20 (UTC +04:00)

Obama: ABŞ münaqişələrə müdaxilə etməyəcək

Prezident Barak Obama ABŞ-ın xarici ölkələrdə münaqişələrə cəlb olunmaq məsələsinə skeptik yanaşır.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti yaxın iki il üçün milli təhlükəsizlik strategiyasının layihəsini təqdim edərkən bildirib.

 

Onun sözlərinə görə, ölkə daxilində terror təhlükəsi azalıb, lakin yox olmayıb. B.Obama qeyd edib ki, ABŞ “İŞİD” kimi qruplaşmalara qarşı quru əməliyyatı keçirmək niyyətində deyil.

 

“Mübarizə antiterror əməliyyatları çərçivəsində həyata keçiriləcək. Eyni zamanda ABŞ öz milli maraqlarını daim qoruyacaq və Avropadakı müttəfiq və tərəfdaşlarına dəstək verəcək”, deyə B.Obama bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar