“New York Daily News” qəzeti Nyu-Yorkda partlayıcı qurğunu işə salan 27 yaşlı Banqladeş vətəndaşı Akayed Ullahın fotosunu yayıb.
APA-nın xəbərinə görə, bundan əvvəl polis Manhettendə avtobus terminalında törədilən partlayışı terrorla əlaqələndirib.
Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.