84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəkli yayıldı
15 iyul 2016 18:50 (UTC +04:00)

84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəkli yayıldı

 

Nitsada 84 nəfərin ölümünə səbəb olmuş terrorçunun şəxsiyyəti bəlli olub. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, əslən Tunisdən olan Məhəmməd Lahouaiej Bouhlelin həyat yoldaşından ayrıldıqdan sonra depressiyaya girdiyi deyilir.

 

BFM televiziyası polisdəki qaynaqlara istinadən 31 yaşlı Bouhlelin 3 uşaq atası olduğunu qeyd edib. Kanal həmçinin onun evində aparılan araşdırmanın başa çatdığını, silah və partlayıcı tapılmadığını bildirib.

 

"Reuters"in xəbərinə görə, Tunisin Msaken şəhərindən gələn Bouhlel Nitsanı sonuncu dəfə 4 il əvvəl ziyarət edib.

 

Tunis kəşfiyyatı onun radikal qruplarla əlaqəsi barədə bilgiyə malik deyil.

 

84 nəfərin qatilinin boşandığı həyat yoldaşı da polis tərəfindən gözaltına alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar