Nigeriyanın şimal-şərqində törədilmiş güclü partlayış nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qombe şəhərinin mərkəzi avtovağzalında baş verib.
Partlayışın qadın-kamikadze tərəfindən törədildiyi bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.