Netanyahunun oğlu böyük qalmaqalın mərkəzində
09 yanvar 2018 03:31 (UTC +04:00)

Netanyahunun oğlu böyük qalmaqalın mərkəzində

İsraildə böyük qalmaqal yaşanıb. Qalmaqalın böyüməsinə səbəb, hadisələrdə ölkənin baş nazir Binyamin Netanyahunun oğlu Yairin iştirak etməsidir.

 

Oxu.Az newsru.co.il nəşrinə istinadən bildirir ki, “Keşet” və “Reşet” kanallarının informasiya xidmətləri dostları ilə Yairin danışığının audioyazısını yayıblar.

 

Söhbət iki il əvvəl kiçik Netanyahunun biznesmen Kobi Maymonun oğlu Uri Maymon və Avstraliya biznesmeni Ceyms Parkerin İsraildəki maraqlarının təmsilçisi Roman Abramovla birlikdə cümə istirahəti zamanı lentə alınan audioyazıdan gedir.

 

Süjetə redaksiya önsözündə ayrıca vurğulanır ki, cavanlar Təl-Əvivdəki striptiz-klublardan birinə hökumət qarajına məxsus maşında gediblər, bütün axşam boyunca onları dövlət qulluqçuları olan sürücü və mühafizəçi müşayiət edib. Süjet efirə “hökumət başçısının uşaqlarının mühafizə xərci vergi verənlərin pulu hesabınamı ödənməlidir” mövzusunun müzakirəsi  fonunda çıxarılıb.

 

Audioyazıdan məlum olur ki, sərxoş cavanlar zarafatlaşır, qadınlar haqqında biədəb fikirlər səsləndirirlər. Bundan başqa, Yair Netanyahu Maymona deyir ki, o ona təşəkkür etməlidir, çünki atası (Binyamin Netanyahu) Kobi Maymon üçün 25 milyard dollarlıq “qaz sazişi” təşkil edib. İsrail KİV-ində bazar ertəsi bütün gün ərzində baş nazirin dəftərxanası və Netanyahu ailəsinin şəxsi vəkili xəbərlər dərc etdirərək audioyazının yayılmasına mane olmağa çalışıblar.

 

İsrail baş nazirinin dəftərxanasında qeyd edirlər ki, Yairin hərəkəti və mühafizəsi üçün təhlükəsizlik xidmətləri cavabdehdirlər: “Əgər İran saytları təhdidlərlə Yairin və Avnerin şəkillərini yayırlarsa, deməli, güc strukturlarında narahatlıq üçün əsaslar var”.

 

Bundan başqa, baş nazirin dəftərxanasının xəbərində qeyd edilir ki, Binyamin Netanyahu Kobi Maymonla şəxsən bircə dəfə, o da on il əvvəl, görüşüb və sonradan onunla heç bir əlaqə saxlamayıb. Üstəlik,  Yairin biznesmenin oğlu ilə dostluğu haqda ona heç nə məlum deyil.

 

O ki qaldı “qaz sazişi”, hökumət başçısının dəftərxanasında iddia edirlər ki, həmin saziş Kobi Maymonun xeyrinə olmayıb...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar