Nazir xristianların səsini almaq üçün keşişlərə pul verib
08 aprel 2014 07:16 (UTC +04:00)

Nazir xristianların səsini almaq üçün keşişlərə pul verib

Hindistan müxalifəti Mərkəzi Seçki Komissiyasına müraciət edərək, ölkənin insan ehtiyatları inkişafı naziri Shaşi Tharuranın xristian seçicilərin səsini almaq üçün keşişi pulla ələ alması faktını yoxlanılmasını tələb edib.

 

Nazir namizədliyini ölkənin Cənubunda yerləşən Keral bölgəsindən irəli sürüb. Jurnalistlərin məlumatına əsasən, o, 70-dək keşişi öz evinə toplayaraq, onların qarşısında çıxış edib. Görüşdən sonra onların hər birinə 15-25 dollar məbləği arasında pul paylayıb.

 

Əyalətdəki telekanal məlumatına əsasən, nazir keşişlərlə söhbətindən deyib ki, onun səsinin rəqiblərinkindən 20 min artıq olmalıdır.

 

2001-ci ildə Hindistanda keçirilən əhalinin siyahıya alınmasına görə, Keralın sakinlərinin 19 faizi, yaxud 31 milyonu xristiandır.

 

Hindistanda 9 mərhələli parlament seçkisi mayın 12-də keçiriləcək. Səslərin sayılmaması isə mayın 16-a təyin olunub.

 

Rəy sorğusunun nəticəsinə əsasən, seçkinin favoriti müxalifətdə olan Hindistan Xalq Partiyasının təmsilçiləridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548
avatar

Oxşar yazılar