Narkoman şagirdlərin aşkarlanması qanunu qəbul edilib
18 yanvar 2013 23:50 (UTC +04:00)

Narkoman şagirdlərin aşkarlanması qanunu qəbul edilib

Rusiyanın Dövlət Duması məktəblilərin narkotik maddə qəbuledicisi olması ilə bağlı sınağın keçirilməsi haqda qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, layihə müəllifləri bununla şagirdlərin narkotik maddə aludəçisi olmasının qabaqcadan müəyyənləşdiriləcəyinə inanırlar.

 

«Sınaq könüllü olacaq. Bunun üçün 15 yaşlı məktəblilər yazılı şəkildə müraciət etməlidir. Belə sınaqdan ötrü valideynlərin də razılığı olmalıdır» -deyə, layihə müəlliflərindən biri Balıxin bildirib.

 

Şagirdin narkotik maddə qəbuledici  və ya şübhəli hal müşahidə olunarsa, o zaman həmin məktəbli narkoloqun müayinəsi göndəriləcək. Qanun yaradıcılar əminliklə bildirib ki, sınaqlar tam məxfi keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar