Müsəlman ölkəsində bir ilk
11 yanvar 2013 19:21 (UTC +04:00)

Müsəlman ölkəsində bir ilk

Səudiyyə Ərəbistanında ilk dəfə missiyası krala siyasət və yaşamla bağlı məsləhətlər vermək olan Şura Məclisində qadınlar da təmsil olunacaq.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 150 nəfər üzvü olan Şura Məclisinin üzvlərinin hamısı kral tərəfindən təyin edilir.  

 

Kral Abdulla ilk dəfə Şura Məclisində qadınlara 20 faiz, yəni 30 nəfərlik  kvota ayırıb. Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi Kral Abdullanın bu qərarı ölkədəki dini liderlərlə məsləhətləşərək qəbul etdiyini yazıb. Qərara əsasən Şura Məclisinə təyin edilən qadınlar kişilərlə birgə oturmayacaq, qadınlar başqa bir qapıdan daxil olacaq və ayrı bir salonda toplanacaqlar.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməkdən səs verməyə qədər bir çox sosial fəaliyyətdə iştirakı və kişilərlə bir araya gəlmələri qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar