Mumbaya görə amerikalıya 35 il veriblər
25 yanvar 2013 06:55 (UTC +04:00)

Mumbaya görə amerikalıya 35 il veriblər

2008-ci ildə Hindistanın Mumbay şəhərinə hücumda əsas rol oynamış Pakistan əsilli amerikalı ABŞ-da 35 il azadlıqdan məhrum edilib.

 

Lent.az-ın məlumatına görə, Çikaqo məhkəməsi Devid Koulman Hedli pakistanlı yaraqlılar üçün informasiya toplamaqda ittiham edib. 2010-cu ilin martında o, suçunu boynuna alıb.

 

Xatırladaq ki, 2008-ci ilin noyabrında Hindistanın bu şəhərinə döyüşçülərin hücumu nəticəsində 160-dan çox insan tələf olmuşdu. Hakimiyyət onların Pakistanda təlim gördüklərini təsdiqləyib.

 

Pakistan vətəndaşı Məhəmməd Əcmal Əmir Qəsəb Mumbaya hücumun təşkilində ittiham olunaraq,2012-ci ilin noyabrında Hindistan həbsxanasında edam edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594
avatar

Oxşar yazılar