Mühərriki alovlanan təyyarə təcili eniş etdi
27 fevral 2018 05:17 (UTC +04:00)

Mühərriki alovlanan təyyarə təcili eniş etdi

0

ABŞ-ın  “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarə Solt-Leyk-Siti şəhərinə təcili eniş edib.

 

APA-nın məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.

 

Məlumata əsasən, sərnişin təyyarəsi havada olarkən mühərriklərin biri alovlanıb.

 

Los-Anceles şəhərinə uçan təyyarə hava limanına geri dönməli olub. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 115 nəfər olub. Hadisə nəticəsində zərərçəkən olmayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar