Mühacirlər respublikaçılarla demokratları birləşdirib
30 yanvar 2013 06:52 (UTC +04:00)

Mühacirlər respublikaçılarla demokratları birləşdirib

ABŞ-ın aralarında nüfuzlu respublikaçı və demokratların da olduğu nüfuzlu senatorlar ölkənin mühacirət siyasətində islahat aparmağa hazırlaşdıqlarını elan ediblər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Nyu-York ştatından olan senator Çak Şumer bildirib ki, hər iki partiyanın təmsilçilərinin hazırladığı plan əsil dönüş oldu.

 

Həmin plana sərhədyanı ərazilərə nəzarətin gücləndirilməsi də daxildir. Bundan başqa həmin sənədə hazırda ABŞ-da yaşayan 11 milyona yaxın  qanunsuz mühacirin vətəndaş olmasına da şərait yaradır.

 

Respublikaçı-senator Con Makeyn bildirib ki, bu yol çətin olsa da, ədalətlidir.

 

Senatorlar qanunsuz mühacirləri işlə təmin edənlərə münasibəti də sərtləşdirilməsi, habelə vizalarının müddəti bitmiş xaricilərin ölkədən çıxarılması təkliflərini irəli sürüblər.

 

Yanvarın 29-da ABŞ prezidenti Barak Obama isə bildirib ki, ölkədə mühacirət siyasətində hər tərəfli və düşünülmüş şəkildə islahatın aparılması zamanı çatıb. Nevada ştatında çıxışı zamanı o, mövcud mühacir sisteminin köhnəldiyini söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar