Mübarəkin xanımının 5 milyonu dövlət hesabına köçürülüb
28 dekabr 2012 05:58 (UTC +04:00)

Mübarəkin xanımının 5 milyonu dövlət hesabına köçürülüb

Misirin baş prokuroru Tələət Abdulla keçmiş prezident Hüsnü Mübarəkin xanımı Süzan Sabitin hesabındakı 5,2 milyon dolların Mərkəzi Bankın hesabın köçürülməsinə dair göstəriş verib.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, keçmiş prezidentin xanımının adına «əl-Əhli-Sosiety Jeneral» bankında gizli hesab açılıbmış. Bu haqda nə əvvəl, nə də sonradan  hakimiyyətə məlumat verilməyib. Həmin hesaba illər uzunu könüllü şəkildə pul köçürülürmüş.

2011-ci ilin yazındakı inqilabdan sonra  Hüsnü Mübarəkin və ailəsinin adına olan bütün əmlak dövlətin xeyrinə müsadirə edilib. Onda Süzan Sabit məhkəmə araşdırmasının aparılmayacağı qarşılığında könüllü şəkildə adına olan  bütün mal-mülkdən imtina etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar