İraqın Mosul şəhərində törədilən terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub, 20 nəfər xəsarət alıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, İŞİD qruplaşmasının üzvü olan 6 terrorçu-kamikadze Mosulun qərbindəki Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.
Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər, lakin hava zərbəsi nəticəsində hər iki bina dağıdılıb. Hücum dəf edilərkən 17 terrorçu məhv edilib.