Moskvada 50 yaşlı erməni «lotu» Oleq Mixaelyan saxlanılıb.
Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, o, cinayətkar aləmdə «Olejka Aşxabadsk» kimi tanınır.
Onun bu günlərdə Çelyabinskdəki islah-əmək düşərgəsindən çıxdığı bildirilib.
2007-ci ildə erməni «lotu» narkotik maddələri, odlu silahları və döyüş sursatını qanunsuz daşıdığına görə 7 azadlıqdan məhrum edilərək, ümumi rejimli həbsxanada saxlanılıb.
Bu dəfə isə onu Moskvanın Cənubi But rayonunda miqrasiya qaydalarınıı pozduğu üçün tutublar.