Moskvada Azərbaycan vətəndaşı qarət olunub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, dekabrın 27-də səhər saatlarında 4 naməlum şəxs Moskvanın cənubunda, “Varşava şossesi”ndə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınını saxlayıb.
Yük maşınında dəyəri 500 min rubl (təxminən 17 min dollar) olan 560 qutu göyərti olub. Silahla təhdid edərək sürücünü yük maşınından düşürən qarətçilər ondan sənədləri və maşının açarını alıblar. Sonra sürücünü özlərinə məxsus “Mercedes” markalı avtomobilə əyləşdirib, başına torba keçirib, avtomobildə gəzdirməyə başlayıblar. Qarətçilər 13 saatdan sonra 59 yaşlı sürücünü yük maşınının yanına gətiriblər. Həmin müddət ərzində qarətçilər yük maşınındakı göyərtini boşaldaraq aparıblar.
Göyərti şüyüd, keşniş və cəfəridən ibarət olub.